Azərbaycan diplomatiyasının üstünlüyünü nümayiş etdirən danışıqlar

Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 5 saata yaxın davam edən  mühüm görüş keçirilib. Görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması qərara alınıb. Xarici İşlər Nazirliklərinə sülh razılaşması üçün müvafiq təlimatlar verilib. Azərbaycanın tərəfindən 5 maddədən ibarət təklif irəli sürülüb. Həmin sənədin  əsas qayəsi Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunması və  tanınmasıdır.

Danışıqların nəticəsi onu göstərir ki, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycanın dünya diplomatiyasında rolu və mövqeyi daha da möhkəmlənir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə, dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Rəsmi Bakı həm regional, həm də qlobal məsələlərin həllinə öz töhfələrini verməklə, dünyanı narahat edən problemlərin həllində yaxından iştirak edir, böyük güclər arasında sülh missiyasını yerinə yetirir.

Müasir dünyanın real güc mərkəzlərinin yeni çağırışlara müvafiq olaraq xarici siyasət strategiyasına yenidən baxmaq  beynəlxalq əlaqələrə qatılmaq istəyən hər bir müstəqil dövlət üçün böyük əhəmiyyət kəsb edir.  Müstəqillik yolu seçmiş hər bir dövlətin dünya ölkələri içərisində gələcək yeri və rolu onun hansı inkişaf modelini seçməsindən, iqtisadi-siyasi və təhlükəsizlik meyillərini hansı beynəlxalq güc mərkəzinə yönəltməsindən, hansı mərkəzlə əməkdaşlıq, tərəfdaşlıq, dostluq və nəhayət, strateji müttəfiqlik əlaqələrini yaratmasından asılıdır.

Qeyd edək ki, Ermənistanın təcavüzünün dəf edilməsi,Respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövrlərində Azərbaycan diplomatiyasının qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri olub. Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində dünya birliyinə inteqrasiya olunmasına yönəldərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, respublikamızın ərazi bütövlüyü problemlərinin həllinə əlverişli beynəlxalq dəstəyin təmin edilməsi zərurəti ilə qarşılaşıb. Bunun üçün bu problemin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi bir konsepsiya hazırlanıb və bəzi konkret vəzifələrin həyata keçirilməsini nəzərdə tutan ardıcıl siyasi kurs yeridilib.

    Brüsseldə keçirilən görüş zamanı əldə edilən uğurlar bu konteksdə Azərbaycanın diplomatik üstünlüyü ələ alması və beləliklə, sülh müqaviləsinin əldə edilməsində öz şərtlərini diqtə edən bir ölkə kimi səciyyələndirib.

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Bu il mayın 1-dən Azərbaycanda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Xüsusi Rabitə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər