6.2 C
Aghjabadi

Köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzləri (QRM) “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində birgə əməkdaşlığa başlayıb. Bu fəaliyyət çərçivəsində məcburi köçkün qadınlara hüquqi və psixoloji yardım, kiçik və orta biznes fəaliyyətinə başlamaq istəyənlər üçün isə özünüməşğulluğa dəstək və müxtəlif kursların tədrisi xidmətləri göstəriləcək.

Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzlərində (QRM) məcburi köçkünlük statusu olan qadınlara komputer, dərzilik şirniyyat, qadın gözəllik salonu və bir sıra sahələr üzrə əyani ilkin peşə bilikləri aşılanacaq. Psixoloji, hüquqi və liderlik kimi seçilmiş sahələr üzrə xidmətlərin eyni zamanda onlayn tədrisi də planlaşdırılır. 

Qeyd edək ki, yaşı 18-65 aralığında olan hər bir məcburi köçkün qadın üçün peşə təlimi kurslarının ödənişsiz və mütəmadi təşkili planlaşdırılır. Adıçəkilən tədbirlərdə iştirak etməklə məcburi köçkünlər ilkin peşə bilikləri qazanacaq və növbəti mərhələdə əldə etdikləri əyani təcrübələri gələcək karyeralarında tətbiq edə biləcəklər. Bu kurslarda iştirak etmək və ya daha ətraflı məlumat almaq istəyənlər aidiyyəti üzrə yaşadıqları ərazinin Qadın resurs Mərkəzlərinin koordinatoru ilə əlaqə saxlaya bilərlər. 

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər