“Sən elə bir zirvəsən” adlı respublika müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan  “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin növbəti zona mərhələsi rayonumuzda keçirilib. Aprelin 7-də Ağcabədi Pedaqoji Kollecində təşkil olunan sözügedən müsabiqədə Ağcabədi, Bərdə, Ağdam, Beyləqan,Yevlax rayonlarında fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri qatılıblar.

Müsabiqədə Ağcabədi Pedaqoji Kollecinin 6 nəfər tələbəsi iştirak edib. Onların arasında rəqs nominasiyası üzrə Günay Rəhimli I, şeir nominasiyası üzrə Həmidə Cəfərova və mahnı nominasiyası üzrə isə Təhminə Hacıyeva II yerə layiq görülüblər. Zona mərhələsinin qalibləri  növbəti mərhələyə vəsiqə qazanıblar.

Yeri gəlmişkən qeyd edək ki, “Sən elə bir zirvəsən” müsabiqəsi Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə respublikanın peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında  təşkil olunub.

Müsabiqənin əsas məqsədi ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət qurulmasında misilsiz xidmətlərini gənc nəslə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaq və nitq mədəniyyətinin inkişafına nail olmaq, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağı artırmaq, gənclərin yaradıcılıq bacarıqlarının inkişaf etməsinə stimul verməkdən ibarətdir. Müsabiqə 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) 3 mərhələdə keçirilir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər