Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda interaktiv təlim keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan bildiriblər ki, təlimdə narkotik asılılıq probleminə dair biliklərin və peşəkarlıq səviyyənin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.