Bölgələrdə biznesin təşkili ilə əlaqədar təlimlərə start verilib

            Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nəzdində fəaliyyət göstərən “Qarabağ” Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində və ADPU Ağcabədi filialında regionlarda yaşayan gənclər üçün “Biznesin səmərəli təşkili və sahibkarlıq fəaliyyətinə marağın artırılması” mövzusunda təlimlər keçirilib.

            Təlim prosesində “Qarabağ” Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Əliyev və ekspert Ərkinaz İmanova regionlarda gənclərin biznes marağından danışaraq, gənclərin kənd təsərrüfatının mühüm sahələrindən sayılan əkinçilik, heyvandarlıq və arıçılıqda fermerlərin həyata keçirəcəkləri işlərlə əlaqədar ətraflı məlumat veriblər. Söhbət zamanı biznesin səmərəli təşkili, sahibkarlığın inkişafı ilə əlaqədar maarifləndirici tədbirlərdən söz açılıb, təsərrüfatlarda biznes plan və layihəsinin tərtibat olunmuş məsələsinə də toxunulub.

            Sözügedən təlimlərin sonunda iştirakçı olan tələbələrin mövzu ətrafında verdikləri suallar cavablandırılıb.

            Qeyd edək ki, biznesin təşkili ilə əlaqədar tədbirlərin Tərtər və Ağdam rayonlarında da keçirilməsi planlaşdırılıb.

Adil MİSİRLİ

Şərhlər