Ekoturizim mövzusunda görüş

Aprelin 12-də Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində “Qarabağ iqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyələrinin hazırlanması” layihəsi çərçivəsində görüş keçirilib.  Görüşdə “Ağgöl” Milli Parkının işçiləri, 9 saylı Regional Ekologiya  və Təbii Sərvətlər İdarəsinin rayon şöbəsinin, regional meşə təsərrüfatı mərkəzinin nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı və başqaları çıxış edərək, sözügedən layihə haqqında iştirakçılara geniş məlumat verib, bölgədə turizm və onun növlərinin inkişaf etdirilməsi barədə təkliflərini bildiriblər. Eyni zamanda ekoturizm nədir, bu sahənin marketinq və reklamını etmək haqqında da məlumat veriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər