Güclü külək Ağcabədidə ciddi fəsadlar törədib

Aprelin 12-də  axşam saatlarından başlayan şiddətli külək Ağcabədidə də fəsadsız ötüşməyib. Şəhər ərazisində  və kəndələrdə  vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub, bölgənin  elektrik təhcizatında problemlər yaşanıb.

Güclü külək həmçinin Nəcəfqulubəyli kəndində də iaşə obyektinin dam örtüyünü atıb, 556 saylı məcburi köçkünlərin yerləşdiyi qəsəbə ərazisində və digər ərazilərdə ağacları aşırıb. Hacıbədəlli kəndində ağacların qırılıb işıq naqillərinin üzərinə düşməsi nəticəsində kəndə elektirik enerjisinin verilməsi dayandırılıb.  

            Küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyatı qurumlar tərəfindən  müvafiq addımlar atılır. Artıq rayonun bir neçə kəndində elektrik enerjisinin verlişi bərpa olunub.

Bərpa işləri davam etdirilir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com