Kəndlərimizdə də erkən nikaha yox deyildi

Artıq bir neçə gündür rayonda “Erkən nikaha yox de” mövzusunda silsilə maarifləndirmə tədbirləri davam edir.
Aprelin 12 ARİH-nin nümayəndələri Rahilə Şükürova, Vüsalə Məmmədova, Sevinc Niftalıyeva, təhsil şöbəsinin əməkdaşları Nəzakət Abbasova, Rəna Abdullayeva və rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi Tünzalə İsmayılova ümumtəhsil məktəblərində növbəti görüşlər keçiriblər.
Ağabəyli, Cəfərbəyli, İmamqulubəyli kəndlərində və Hindarx qəsəbəsində təşkil olunan görüşlərdə erkən nikahın qanunlara zidd olması və yaratdığı problemlərdən danışılıb, fikir mübadiləsi aparılıb.
Görüşlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər