YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və bir qrup YAP fəalı tərəfindən 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Hindarx qəsəbə sakini Dilsuz Qarayevin anım günü münasibətilə məzarı ziyarət edilib, məzarüstü abidəsi önünə tər çiçək dəstələri düzülüb.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, Dilsuz Qarayevin cəsur bir döyüşçü olduğunu, Aprel döyüşlərində qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinə yüksəldiyini qeyd edərək, vurğulayıb ki, məhz Dilsuz kimi igidlərin sayəsində Ermənistan ordusu barədə yaradılmış mif puç edilib. Həmin döyüşlərdə əldə edilmiş qələbə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradaraq, 44-günlük şanlı Vətən müharibəsinin Qələbə ilə başa çatması üçün mühüm zəmin yaradıb.
Ziyarətçilər şəhid Dilsuz Qarayevin yaşamış olduğu evə gedərək, onun xatirə guşəsi ilə, döyüş yolunu əks etdirən stendlərlə, təltif olunduğu mükafatlarla tanış olubç çay süfrəsi ətrafında söhbət ediblər.
Söhbət zamanı Rövşən Əhmədov Dilsuzun döyüş yoldaşlarının və hərbi hissə rəhbərlərinin onun qəhrəmanlığı barədə həmişə böyük fəxrlə danışdığını, qorxmaz, cəsur bir döyüşçü olduğunu xatırladıb.
Dilsuz Qarayevin anası Cəvahir xanım oğlu ilə bağlı xatirələrini danışıb.