Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa hər bir azərbaycanlı üçün əzizdir… Şuşa bizim milli rəmzimizdir” mövzusunda 01 aprel – 30 aprel 2022-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında “Ən yaxşı yazı” Müsabiqəsi elan edir.
Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını [email protected] email ünvanına göndərməlidirlər.
Təqdim olunan məqalələr 3 A4 səhifədən çox olmayaraq Arial 12 şriftində olmalıdır. Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.
Təqdim olunan məqalələr Münsiflər Heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcəkdir. Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaqlar Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılacaqdır.
Əlaqə nömrəsi: 012 598 51 74