Boyat kəndində səyyar qəbul keçirilib

         Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında icra başçılarının müntəzəm olaraq səyyar qəbulları keçirilir. Səyyar qəbullar zamanı rəhbər şəxslərin sıravi vətəndaşlarla görüşü, sakinlərin problemlərinin yerində öyrənilməsi düzgün təhlil aparılmasına, qaldırılan məsələlərin operativ həll olunmasına imkan yaradır.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun keçirdiyi səyyar qəbullar buna əyani sübutdur. Növbəti  qəbul Boyat kəndində keçirilib.

Hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP ərazi partiya təşkilatının sədri, torpaq mülkiyyətçiləri və  kənd sakinlərin iştirakı ilə keçirilən səyyar qəbulda çıxış edən R.Hüseynov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı Böyük Qələbənin əhəmiyyətindən və işğaldan azad olunmuş ərazilərdə görülən geniş tikinti və  quruculuq işlərindən ətraflı danışıb, cari ildə aparılan təsərrüfat işlərindən və qarşıda duran mühüm vəzifələrdən geniş söhbət açıb.

Qəbulda kənd sakinlərinin təklifləri, üzləşdikləri təsərrüfat və içməli su problemləri dinlənilib və bir çox məsələlər həllini yerindəcə tapıb. Bəzi məsələlərin isə yaxın zamanda həll olunması istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar təşkilatlara lazımi tapşırıq və tövsiyələr verilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər