Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin məzunu Nərmin Asif qızı Sadıqlı tam orta təhsil üzrə imtahanda iştirak edərək 297,5 bal toplamağa nail olub. Bu respublika üzrə ikinci göstəricidir. Nərmini yüksək nəticə münasibəti ilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!