Ağcabədidə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

16-17 aprel tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.


İmtahanların təşkil olunduğu bölgələrdən biri də Ağcabədidir.

Ümumi (9 illik) təhsil səviyyəsi üzrə rayonda keçirilən buraxılış imtahanları saat 11 00-da başlayıb  və 3 saat davam edib.

2035 nəfər abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanın keçirilməsi üçün 9 imtahan binası, 9 ümumi imtahan rəhbəri, 194 zal nəzarətçisi, 26 imtahan rəhbəri, 18 buraxılış rejimi əməkdaşı və 9 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlər üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən olunub.İmtahan keçirilən binaların qarşısında sıra gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə- lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər