Aqşin Yeniseyin yeni şeiri

Ah dərvişdə gül qoxusu
Duyan duyar, duyan, duymaz
Ölüm eşqdə yol qorxusu
Gedən gedər, gedən gəlməz

Yol göstərər biri mənə
Deyər, dinmə, kiri mənə
Kimsə açmaz sirri mənə
Bilən bilər, bilən, bilməz.

Çoxuşaqlı ataydı qəm
Ondan qalıb neçə dəvəm
Karvanam, çəkib gedərəm
Hürən hürər, hürən hürməz

Zahirdə axtarma inci
Olarsan dərya girinci
Batinim meyxana küncü
Gələn gələr, gələn gəlməz

Aşiqə məzar da yoldu
Peşman oldu kim ki buldu.
Şah da öldü, qul da öldü
Gülən gülər, gülən gülməz…

Şərhlər