Aprelin 16-da “Ələk” ədəbi məclisinin növbəti görüşü keçirilib. Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan görüşdə ADPU- Ağcabədi filialının kafedra müdiri, dosent Vaqif Allahverdiyev, filialın tələbələri, məclis üzvləri iştirak ediblər.
“Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa və məclisin aparıcısı Gündüz Sevindik çıxış edərək, yeni gələn üzvləri salamlayıb, onlara uğurlar arzu ediblər. Sonra Vaqif Allahverdiyev istedadlı və bacarıqlı gənclərin üzə çıxarılmasında köməklik göstərdikləri üçün “Ələk” ədəbi məclisinin rəhbərinə minnətdarlığını bildirib.
Daha sonra məclis üzvləri, tələbələr öz yaradıcılıq nüminələrini səsləndiriblər.
Görüş maraqlı müzakirələrlə yadda qalıb. “Ələk” ədəbi məclisinin üzvü olmuş nakam şair Saqif Zeynalın şeirlərinin də səsləndirilməsi məclisdə kövrək anlar yaşadıb.