15.9 C
Aghjabadi
Bazar, May 29, 2022

İlkin nəticələr uğurdan xəbər verir

            2022-ci ilin birinci rübü artıq başa çatıb. Qazanılan ilkin uğurlar onu göstərir ki,  bu il də əldə olunacaq nailiyyətlər üçün əsaslı təməl qoyulub.

            Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 apreldə cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə qeyd edilib ki, postmünaqişə dövründən keçən müddət ərzində ölkəmiz həm siyasi meydanda, həm də social-iqtisadi sahədə mühüm uğurlara imza atıb. Dünyanın bir sıra Beynəlxalq təşkilatları Qarabağ münaqişəsi ilə bağlı yeni reallıqları qəbul etməyə məcbur olublar. Bütün bunlar Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində mümkün olub.

Müşavirədə siyasi sahələrdə qazanılan uğurlarla yanaşı, digər sahələrdə əldə edilən nailiyyətlər də əksini tapıb.

            İşğaldan azad edilmiş ərazilərdə quruculuq,yenidənqurma işlərinin aparılması, xüsusən həmin ərazilərdə su, külək, günəş elektrik stansiyalarının inşası, ölkənin bir sıra parametrlər üzrə iqtisadi göstəricilərinin yaxşılaşması, o cümlədən,  ümumidaxili məhsulun 6,8%, qeyri-neft iqtisadiyyatının 10%,  sənaye istehsalının 4%, xarici ticarət dövriyyəsinin 60%, ixracın, təxminən, 2 dəfə artması, xarici borcun 600 milyon dollardan çox azalması, xarici ticarət saldosunun 3 ayda 5 milyard dollardan artıq olması, vergi və gömrükdən əldə edilkən gəlirlərin artması, əmək haqlarının və təqaüdlərin əsaslı şəkildə yüksəlməsi, əhalinin maddi rifahının nəzərə çarpacaq dərəcədə yaxşılaşması, yeni social  və infrastruktur layihələrin həyata keçirilməsi ilin uğurlu təməlinin qoyulmasından xəbər verir.

            Ümumiyyətlə, son illər ölkəmidən bütün sahələr üzrə qazanılan uğurlar göz önündədir. 30 il işğal altında inləyən torpaqlarımızın erməni tapdağından azad edilməsi bunun əsasını təşkil edir. Demək olar ki, dünyanın əksər ölkələrinin Ermənistanın haqsız iddialarının dəstəkləməsinə, onlara maddi və hərbi dəstək verməsinə baxmayaraq biz haqq savaşında qalib gəldik.

            Bu zaman Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafına gətirib çıxaran islahatlar həyata keçirməsi iqtisadi potensialın güclənməsinin ordu quruculuğuna, onun müasir silahlarla təchiz edilməsinə yönləndirilməsi mühüm rol oynayıb.

            Ölkə əhalisinin qələbəyə inamı və silahlı qüvvələrin şəxsi heyətində peşəkar hərbçilərin yetişdirilməsi, onlarda Vətənə məhəbbət, ərazi bütövlüyünün bərpa edilməsinə əminlik hissinin aşılanması da xüsusi önəm daşıyıb.

            Ölkə rəhbərliyinin beynəlxalq hüquqa söykənən uğurlu  siyasi mübarizəsi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində informasiyaların yayılmasının təmin edilməsi öz töhfəsini verib.

            Lakin təəssüflər olsun bu uğurları gözü götürməyənlər də vardır. Azərbaycanın inkişafını qəbul etməyən, onun uğurlarını gözdən salmaq istəyən bəzi ölkələr və Beynəlxalq təşkilatların qaragüruhçu fəaliyyətini aydın görmək olar.

            Yəqin ki, haçansa arabanın “5-ci təkəri” olanların vicdanı gec-tez oyanacaq. Onda başa düşəcəklər ki, Vətəninə, xalqına, ölkə rəhbərliyinə qara yaxmaq heç kimə xeyir gətirməz.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər