Elminaz Hüseynova: Bildiyimiz kimi Qarabağ 30 ilə yaxın mənfur qonşumuz Ermənistan tərəfindən işğal altında qalmış, lakin müzəffər ordumuz bu işğala son qoymuş və torpaqlarımızı azad etmişdir.
İmzalanmış 3 tərəfli müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsi elan edilmişdir. Əldə olunmuş razılığa əsasən Erməniztan dövləti 30 il ərzində Azərbaycan ərazisində piyada və tank əlehinə basdırılmış minaların xəritəsini də təhvil verməli idi. Lakin Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarkən əsas obyektləri- elektrik xətlərinin keçdiyi əraziləri, su hövzələrinin yolları, hətta qəbristanlıqları da minalayıblar ki, bu da ermənilərin hesablamalar göstərir ki, işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan tam təmizlənməsi üçün 13 ilə yaxın vaxt lazımdır. Bütün beynəlxaq normaları heçə sayaraq mina xəritəsini düzgün verməyən Ermənistan dünyaya da öz xislətini nümayiş etdirmiş oldu. Onlar minaları basdırarkən bilirdilər ki, Qarabağ torpaqlarının əsl sahibləri əvvəl-axır öz torpaqlarına qayıdacaqlar. Bu isə ermənilərin qərəzini və aqresiyasını növbəti dəfə sübut etdi. Müharibə bitsə də hazırda minalardan hələ də şəhid olan Azərbaycan zabit və əsgərləri var. Bununla da ermənilər Azərbaycana qarşı etnik təmizləmə apardıqlarını nümayiş etdirmiş olurlar. Mina xəritəsinin verilməməsi işğaldan azad edilmiş ərazilərin bərpasının ləngidilməsidir. Təxminən 27 km2 kiçik bir ərazidə tapılan mərmilərin ümumi dəyəri 3 milyon ABŞ dollarına çatır. Ermənistan dövləti öz büdcəsinin təxminən 10%-ni Azərbaycan ərazilərinin minalanmasına sərf edib. Amma buna baxmayaraq güclü Azərbaycan dövləti və qalib Azərbaycan əsgəri yenidən torpaqlarımızı azad etdiyi kimi minalardan da təmizləyəcək. Hazırda ərazilərin minalardan təmizlənməsi üzrə “Yol Xəritəsinin” hazırlanması üzrə iş gedir. Xəritəyə əsasən, ilk növbədə, təxminən 14 min km2 ərazi minalardan təmizlənməlidir ki, bununda 3 min km2-i asfalt yollar, təxminən 7-8 min km2-i döyüş əraziləri, 4 min km2-i isə digər ərazilərdir.
Hindarx YAP ərazi təşkilatının sədri: Elminaz Hüseynova