Məktəbli qızlar arasında maarifləndirmə işləri davam etdirilir

“Erkən nikaha yox de” mövzusunda silsilə maarifləndirmə tədbirləri davam etdirilir. Görüşlərdə ARİH-nin məsul işçiləri Rahilə Şükürova, Sevinc Niftalıyeva, Vüsalə Məmmədova, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin nümayəndələri Şəfiqə Əliyeva, Sevinc Əhmədova, İradə Abbasova, təhsil şöbəsinin əməkdaşları Nəzakət Abbasova, Rəna Abdullayeva iştirak ediblər.

13-19 aprel tarixlərində Xocavənd, Avşar, Sarıcalı, Poladlı, Rəncbərlər, Hüsülü, Təzəkənd, Hacılar, Qaraxanlı, Şahsevən,Arazbar, Boyat, Biləğan, Şənlik, Nəcəfqulubəyli, Yuxarı Qiyaməddinli  kəndlərində keçirilən tədbirlərdə iştirakçılara erkən nikahın fəsadları, eləcə də cəmiyyət üçün mənfi təsirləri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, sağlamlığına ciddi təsir göstərir, gələcəkdə ailədaxili zorakılıq hallarını artırır. Təşkilatçılar tərəfindən bu problemin qarşısının alınması barədə aparılan maarifləndirici tədbirlər barədə də söhbət açılıb.   

Xatırladaq ki, “Erkən nikaha yox de” maarifləndirci tədbiriləri Ağcabədi Rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin təşkilatçılığı ilə keçirilir.   

\

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər