Möhtərəm cənab Prezident.
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan müasir, dünyəvi, hüquqi və tolerant bir ölkədir. Bununla yanaşı, ölkəmizdə dini dəyərlərə, adət-ənənələrə böyük önəm verilir, müxtəlif dinlərə mənsub olan vətəndaşlara öz dini ehtiyaclarını ödəmək imkanı yaradılır. Eyni zamanda, biz din xadimlərinə fəaliyyətimizi da yaxşı qurmaq üçün dəstək göstərilir.
Müzəffər Ali Baş Komandan, bütün bunlara görə bütün din xadimləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, işğaldan azad edilmiş torpaqlarda, Qarabağın müxtəlif guşələrində təməlini qoyduğunuz və qoyacağınız məscidlərin açılışlarını edək.
Yolunuz hər zaman işıqlı və aydın olsun.
Hörmətlə,
Məmmədov Heydər
Salmanbəyli kənd Heydər Məscidi dini icmasının sədri
Ağayev Süleyman
Muğanlı kənd Seyid İsmayıl Ağa Məscidi dini icmasının sədri
Azərbaycan Respublikası, Ağcabədi rayonu
Mənbə : Prezident.az