ADPU Ağcabədi filialında elmi-praktik konfrans

     Aprelin 19-da ADPU Ağcabədi filialında Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” mövzusunda Elmi-praktik konfrans keçirilib. Konfransın əvvəlində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himmi səsləndirilib. Sonra Şuşa şəhərinə aid videoçarx nümayiş etdirilib.

     Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov qeyd edib ki, bu gün biz şanlı tarixi günləri yaşayırıq. Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə igid Vətən oğullarımızın qəhrəmanlığı sayəsində itirilmiş torpaqlarımız azad edilib. Qarabağımızın tacı olan Şuşa şəhəri öz azadlığına qovuşub. Şuşa şəhərinə xüsusi önəm verən Prezident İlham Əliyevin “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması haqqında”, “Şuşa ili” və “Şuşa şəhərinin 270 illiyinin qeyd edilməsi”       barədə Sərəncamları bu baxımdan xüsusi önəm daşıyıb. Bu gün respublikamızın bütün təhsil müəssisələrində Şuşanın 270 illiyinə həsr olunmuş elmi-praktik konfranslar və tədbirlər keçirilir. Biz də məhz bu gün Şuşanın 270 illiyinə həsr olunmuş elmi-praktik konfransa toplaşmışıq.

     Konfransı açıq elan etdikdən sonra filialın dosenti Yaqub Səmədov “Şuşanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında yeri”, baş müəllimi Araz Əliyevin “Şuşa tarixi və strateji əhəmiyyətə malik olan şəhərdir”,pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimli “Şuşa Azərbaycanın musiqi və mədəniyyət beşiyidir”,  dosent  Mahir Səlimov “Üzeyir Hacıbəyovun fəlsəfi baxışları”, tarix üzrə fəlsəfə doktoru, baş müəllim, Əlizadə Nəcəfov “Şuşanın tarixi, dini abidələri”, dosent Seymur Süleymanov “Şuşa elm və təhsil ocağıdır”,dosent Vaqif Allahverdiyev “Molla Pənah Vaqif Qarabağ xanlığında dövlət xadimi və şair kimi”,dosent Sahib Zeynalov “Fundamental və tətbiqi elmlərin inkişafında şuşalı alimlərin rolu”, baş müəllim Anar Kərimli  “Şuşanın ədəbi məclisləri” və baş müəllim Qərənfil Rzayevanın “Şuşa bədii söz sənətinin dilində” mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Konfrans dahi bəstəkarımız Üzeyir Hacıbəyovun Azərbaycan xalqının igidliyini, qəhrəmanlığını təcəssüm etdirən məşhur “Koroğlu” üverturasının sədaları altında başa çatıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər