Aprelin 20-də Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbdə tədbir keçirilib

Tədbirdə məktəbin fəaliyyətindən söz açılıb, şagirdlərin uğurlarından bəhs olunub.
Məktəbin direktoru Fəridə Allahverdiyeva qeyd edib ki, 11-ci sinifi bitirən İsmayılova Mərziyə Mətləb qızı buraxılış imtahanından yüksək nəticə göstərib.O, 292 bal toplamaqla məktəb kollektivinin böyük sevincinə səbəb olub.
Eyni zamanda rayon üzrə keçirilən “Şahin idman oyunlarında” rayon üzrə 3 cü yer əldə edən 8-10-cu sinif şagirdləri də məktəbin adını bir daha yaxşılar sırasına yazdırıblar.
Direktor bildirib ki, bu uğurlar kollektivin əzmi, zəhməti sayəsində əldə edilmişdir. İnanıram ki, kollektivimiz bundan sonra daha da həvəslə çalışacaq, şagirdlərimiz gələcək illərdə böyük uğurlar qazanacaqlar.
Sonra Mərziyə İsmayılova və “Şahin idman oyunları”nda 3-yeri qazanmış şagirdlər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər