“Patronaj xidmətinin gücləndirilməsi” layihəsi çərçivəsində, eyni zamanda “Ana südü ilə qidalandırmaya doğru on addım” təlimlərinin nəticələrinə nəzarət məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmı Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi ilə birgə monitorinqlərə başlanılıb.
Bu məqsədlə TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Günel Məmmədova, Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin məsləhətçisi Nahidə Mahmudova, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin Qadın, Ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun məsləhətçisi Aynur Zeynalova, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin məsul şəxsləri Töhfə Cəmilova, Yelena İsrafilova Şirvan və Ağcabədi Rayon Mərkəzi xəstəxanalarında olublar.
Monitorinq zamanı qiymətləndirmə meyarlarına uyğun olaraq layihə çərçivəsində görülən işlər dəyərləndirilib və nəticələr müəssisələrin müvafiq şöbələrinin əməkdaşları ilə müzakirə edilib.