Voleybol üzrə rayon birinciliyi keçirilib

19-20 aprel tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Yarışın açılış mərasimində, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda 18 komanda iştirak edib.

    Birinciliyin yekun nəticələrinə görə, şəhər 6 saylı tam orta məktəbin komandası I, M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası II, S.Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Yarışların sonunda I,II və III yerləri tutan komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi diplomlar təqdim edilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər