Ərazi təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirilib

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında ərazi təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirilib.

Yığıncağı açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov müzakirə olunacaq məsələləri iştirakçıların nəzərinə çatdırıb.

Tədbirdə YAP ərazi təşkilatlarında üzvlük haqqının toplanılması, YAP sıralarına qəbul, sənədlərlə işin vəziyyəti və sair cari məsələlər müzakirə edildikdən sonra qarşıda duran vəzifələrin icrası istiqamətində yığıncaq iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib.

Qarşıya çıxan problemlərin operativ qaydada həll edilməsi, həmçinin YAP üzvləri və ictimaiyyətlə əlaqələrin yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə operativ qaydada cavab verilməsi məqsədilə rayon təşkilatında daimi fəaliyyət göstərən qaynar xəttin açılması ərazi təşkilat sədrlərinin diqqətinə çatdırılıb, bu barədə bütün YAP üzvlərinə məlumat verilməsi tövsiyə olunub.

Yığıncağın sonunda doğum günü münasibətilə və partiya işində uzunmüddətli səmərəli fəaliyyətinə görə YAP Nəcəfqulubəyli ərazi təşkilatının sədri Elçin Qurbanov Fəxri Fərmanla təltif edilib.     

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər