Aprelin 23-ü saat 11-də Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon Mədəniyyət Evində gənc şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” kitabının təqdimat mərasimi keçiriləcək.
Bakı ədəbi mühitindən professor Cavanşir Yusifli və yazıçı-esseist Fəxri Uğurlunun da qatılacağı tədbirdə Ağcabədi rayonunda fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin üzvləri, Laçın və Kəlbəcər rayonundan olan ziyalılar, qələm adamları və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Tədbiri “Tanrı qədər yoxsan” kitabının redaktoru, yazıçı Şərif Ağayar idarə edəcək.
Xatırladaq ki, Sqif Zeynal 2020-ci ilin oktyabrında gənc yaşında ikən avtomobil qəzasında həlak olub. Ölümündən sonra “El” nəşriyyatında çap olunan kitaba şairin son şeirləri daxil edilib.
Mənbə : Yeniyaz.az