“Tərəqqi” medalı ilə təltif olundu. Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı Sərancam imzalayıb.
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunanlar sırasında həmyerlimiz, Türkiyənin Konya şəhərində yaşayan Səlcuq Universitetinin professoru, sənətşünas alim İlham Əhmədovun da adı var. “Tərəqqi” medalına layiq görülən həmyerlimizi təbrik edir, işlərində daha böyük uğurlar arzulayırıq…