Hörmətli cənab Prezident,
Mən, Ağcabədi şəhər “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri və mütəvəllisiyəm. Sizin dini qurumlara, inanclı insanlara diqqət və qayğınız böyük humanistliyin göstəricisidir. Vaxtilə ulu öndərimiz Heydər Əliyev də dini adət-ənənələrimizə ehtiramla yanaşar, bütün vətəndaşlarımız kimi, dindarlardan da qayğısını əsirgəməzdi.
“Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” 2022-ci il 18 aprel tarixli Sərəncamınızı alqışla qarşıladıq. Dini inanclı insanlara dəstək olmaq böyük savabdır. Ulu Tanrı bu savab əməllərinizin qarşılığını Sizə artıqlaması ilə nəsib etsin.
Cənab Prezident, dini qurumlara verilən maddi dəstəyin artırılmasına görə Sizə öz minnətdarlığımı bildirir və təşəkkür edirəm. Dualarımız hər zaman Sizinlədir.
Hörmətlə,
Zeynəb Quliyeva,
Ağcabədi şəhər “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri və mütəvəllisi
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.
Mənbə : Prezident.az