Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb.
Digər əkin sahələrində olduğu kim qarpız təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar sığorta qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Qarpız təsərrüfat sahələrinin sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.
Belə ki, ölkəmizdə qarpız istehsalının 32.9%-i Sabirabad, 16.7%-i Saatlı, 9.9%-i Bərdə, 7.0%-i Kürdəmir, 6.4%-i Naxçıvan Muxtar Respublikası, 3.4%-i Salyan, 2.4%-i Zaqatala, 2.2%-i Ağcabədi, 2.0%-i Neftçala rayonunun payına düşüb.