Rayonda çiyid səpini başa çatmaq üzrədir

         Rayonda cari təsərrüfat ili üçün pambıq əkini ilə əlaqədar çiyid səpini kampaniyası müvəffəqiyyətlə davam etdirilir. Bölgənin müvafiq pambıq emalı müəssisələri tərəfindən zəruri texnika, avadanlıq və məhsuldar çiyid sortları ilə təmin olunmuş fermer təsərrüfatlarında yüksək aqrotexniki tələblər səviyyəsində səpin həyata keçirilir. Səpin işlərinə təcrübəli mütəxəssislər və mexanizatorlar cəlb olunublar. Pambıqçıların ciddi səyi ilə qısa müddət ərzində 12 min hektar əkin sahəsinin 10 min 177 hektardan çoxunda çiyid səpini aparılıb. Çiyid səpilmiş əkin sahələrində suvarma tədbirləri diqqət mərkəzində saxlanılır.

Səpin kampaniyasında Ağcabədi şəhər, Hindarx qəsəbə, Şərəfxanlı, Qaradolaq, Yeni Qaradolaq, Mehrablı, Köyük və sair kəndlərdə fəaliyyət göstərən fermerlər daha fəal iştirak edirlər.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər