34.6 C
Aghjabadi

“Zəfər muzeyi” fəaliyyətini genişləndirir

         Şəhid Hamlet Məmmədovun adını daşıyan 1 saylı Qaradolaq kənd tam orta məktəbində “Zəfər muzeyi” fəaliyyətə başlayıb. Muzey sözügedən təhsil müəssisəsinin müəllimi, şair Xəzangül Qədimlinin təşkilatçılığı ilə yaradılıb. X.Qədimlinin dediklərinə görə “Zəfər muzeyi” 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş döyüşçülərin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu gənc nəslə nümayiş etdirmək məqsədi ilə təşkil olunub.

Xəzangül Qədimli deyir ki, o, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyin altında Azərbaycan Ordusunun 27 sentyabr – 10 noyabr tarixlərində işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirilən hərbi qənimətlərin Hərbi Qənimətlər Parkında nümayiş olunduğu vaxt belə bir qərara gəlib.

O, sonralar şəhid ailələrində, müxtəlif bölgələrdə, hərbi hissələrdə olaraq zəngin məlumatlar, sənədlər, mülki və hərbi geyimlər, əşyalar, silah-sursat hissələri toplayaraq respublikanın bölgələrində ilkə imza atıb, belə bir muzey ərsəyə gətirib.

Hamlet Məmmədov adına 1 saylı Qaradolaq kənd tam orta məktəbinin binasında muzey üçün geniş otaq ayrılıb. Burada Birinci və İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman hərbçilərin geyimləri, əşyaları, onlar haqqında mühüm məlumatları əks etdirən lövhələr yer alıb.

Muzeydə erməni hərbçilərə məxsus geyimlər, dəbilqələr, əşya və sənədlər, avtomobil dövlət nömrə nişanlar, hərbi sursat qalıqlarından ibarət eksponatlar da nümayiş etdirilir.

X.Qədimli sonda bunu da əlavə edib ki, eksponatlar təkcə Ağcabədi rayonundan, deyil, digər bölgələrdən də tapılaraq muzeyə təqdim olunub. Bu sahədə məktəb kollektivi, sakinlər və hərbi hissələrin əsgər və zabitləri yaxından iştirak ediblər. Mühüm tarixi, ideya-siyasi əhəmiyyət kəsb edən  “Zəfər muzeyi”ni rayon mərkəzindən, digər ərazilərdən, qonşu bölgələrdən gələn sakinlər də tez-tez ziyarət edir, eksponatlarla tanış olurlar. Onlar görülən işləri yüksək dəyərləndirir, təşkilatçılara dərin minnətdarlıqlarını bildirirlər. Muzeyin fəaliyyətinin yaxınlarda daha da genişləndiriləcəyini vurğulayan X.Qədimli orada hərbi vətənpərvərlik mövzusunda dərslərin keçiriləcəyini bildirib.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum...

Küçə iti ilə söhbət

- Salam, küçə iti - Ham... ham...  Sadəcə it deyə bilməzdin? - Axı küçədə yaşayırsan

Şərhlər