26 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Ağcabədi rayon MKS-nin təşkilatçılığı ilə yazar Şirxan Aranlının “Ağcabədi” ensiklopedik toplusunun təqdimat mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin, Ağcabədi Regional Mədəniyyət İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbənin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının, Qeyri Hökumət Təşkilatlarının, Rayon Mərkəzi Xəstəxanası Puplik hüquqi şəxsin, ” Aran” qəzetinin nümayəndələri, həmçinin yazarlar, mədəniyyət işçiləri, məktəb direktorları, fəal oxucular iştirak ediblər.
Ağcabədi yazarlarına həsr olunmuş sərgiyə baxışdan sonra başlanan tədbirdə öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva təqdimat mərasimini açaraq ensiklopedik toplu kitabı haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonra çıxış edən Ağcabədi rayon İH-nin əməkdaşı Rahilə Şükürova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyadov, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Nizami Rza,Hacıbədəlli kənd tam orta məktəbin direktoru Feyzulla Feyzullayev, Ağcabədi rayon Təhsil şöbəsinin əməkdaşı Tofiq Zeynalov, Ağcabədi şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, Azərbaycan Pedoqoji Universitetinin Ağcabədi filialının müəllimi Mahir Səlimov, Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin həkimi Rüstəm Əhmədov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı, Təzəkənd kənd tam orta məktəbinin direktoru Mürşüd Quliyev, Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova və digərləri ensiklopedik toplu haqqında geniş məzmunlu açıqlamalar verib, kitabda Ağcabədinin keçmişi, bu günü ilə bağlı toplanmış materiallar ətrafında öz fikrlərini bildirərək sözügedən materialların böyük əhəmiyyətindən söz açıblar.
Sonda müəllif şıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.