Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayonunda həyat yoldaşını və qaynatasını bıçaqlayıb öldürmək istəyən İlhamiz Cəfərovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirrlən prosesdə anket məlumatları dəqiqləşdirilib.
İş ürə məhkəmə hazırlıq iclası mayın 6-na təyin olunub.
Qeyd edək ki, hadisə rayonun Ümid qəsəbəsində baş verib.
Qəsəbədə məskunlaşan Cəfərov İlhamiz Araz oğlu həyat yoldaşı Cəfərova Aynurə Azim qızına və onun atası Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.
Yaralılar A.Cəfərova və A.Hüsiyev Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən İ.Cəfərov hüquq mühafizə əməkdaşlarına təslim olub. Ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.