Zəfər müjdəsini xalqımıza bəxş edən gənclər

Bu gün bizlə Zəfər Qurultayı sevincini Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən, silaha sarılaraq qanları, canları bahasına Qələbə qazanan gənclər bəxş ediblər.

Hər bir Azərbaycan vətəndaşı ilə bərabər bütün dünya  ölkələrində yaşayan soydaşlarımız şəhidlərimizin 27 Sentyabrı Anım Gününü və 10 noyabr Zəfər Gününü həm qürur, həm də kədərlə yad edirlər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz böyük hörmət və ehtiramla yad edilir.

Azərbaycanı hərb tarixinin ən parlaq səhifələri sırasında 44 gün davam edən Vətən  müharibəsində əldə edilən möhtəşəm Zəfər xüsusi yer tutur. İndiki və gələcək nəsillər yüzilliklər, minilliklər boyu bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdığını daim qürur və fəxarət hissi ilə anacaqlar.

Məhz bu Qələbə sayəsində ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ağır bir mirasın gələcək nəsillərə ötürülməsinin qarşısı alındı. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən, itirdiyi əraziləri geri alan ölkəyə çevrildi. Həm də bunu olduqca mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çox olduğu bir şəraitdə bacardı. Bütün bunlar tarixi Qələbənin nə dərəcədə möhtəşəm olduğunu bir daha göz önündə canlandırır, hər bir soydaşımızı “Mən azərbaycanlıyam” sözlərini daha ucadan, iftixar hissi ilə səsləndirməsinə səfərbər edir.
            Barəsində hələ çox danışılacaq 44 günlük müharibə və Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz liderini sonsuz güvənclə tərəddüd etmədən dəstəkləməsi hesab edilir. Bu mənada, Azərbaycan xalqına sonsuz sevinc bəxş edən Qələbəmizin əsas memarı heç şübhəsiz ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Beynəlxalq münasibətlərə dərindən bələd olan Prezident İlham Əliyev ölkəmizin müstəqil dövlət kimi mövcudluğu, sabit, davamlı və inamlı inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar ataraq, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla reallaşdırıb tarixin ən güclü Azərbaycanını yaratdı. Dövlət başçısı tərəfindən ulu öndərin müəllifi olduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına daxil etdi, onu bugünkü yüksəliş və tərəqqi zirvəsinə yüksəldib.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsi zamanı çoxsaylı uğurlu hərbi əməliyyatları ilə bütün dünyaya səs saldı, XX yeni əsrin yeni müharibə modelini yaratdı. Buna paralel olaraq, Azərbaycan Prezidenti diplomatik, siyasi və informasiya cəbhəsində nə qədər mahir strateq, yenilməz sərkərdə olduğunu konkret fəaliyyəti ilə sübuta yetirdi. Dövlət başçısının müdrikliyi, təmkini, nəyi necə, nə vaxt etmək lazım olduğunu dəqiq bilməsi, böyük uğurla xalq-Prezident-ordu vəhdətini formalaşdırması, Silahlı Qüvvələrimizdə böyük ruh yüksəkliyi yaratması böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı.
    Daha bir mühüm fakt odur ki, Prezident İlham Əliyev məqsədyönlü siyasəti ilə ötən dövr ərzində xalqın milli, mənəvi birliyini daha da gücləndirdi, cəmiyyətdə dəyərlər sisteminin milli maraqlar üzərində formalaşmasına daha dinamik təsir göstərdi. Bu səbəbdən təsadüfi deyil ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində olduqca vətənpərvər gənc nəsil yetişdi, məhz onlar Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir müsəlləh əsgərlər olaraq, Vətən torpağını düşmən tapdağından azad etdilər. Xalqımız haqlı olaraq bu gəncləri ilə həmişə fəxr edir.

Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Bu il mayın 1-dən Azərbaycanda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Xüsusi Rabitə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər