Ağcabədidə minifutbol üzrə rayon birinciliyinə yekun vurulub

Ağcabədi rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktəblilər arasında minifutbol idman növü üzrə rayon birinciliyi başa çatıb. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə ümumtəhsil məktəblərinin 18 komandası iştirak edib.

Yarışın açılış mərasimində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Sonra birinci, ikinci və üçüncü yerləri tutan komandalara rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər