34.6 C
Aghjabadi

DƏNLİ VƏ TEXNİKİ BİTKİLƏRİN YANĞIN TƏHLÜKƏSİZLİYİ

Dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən ölkəmizdə bu sahənin inkişafı daim  diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son dövrlər bu istiqamətdə, xüsusən də taxıl tədarükünün artırılması, əhalinin ərzaqla etibarlı təminatı ilə bağlı dövlət başçımız, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.

Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükünün artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən biri də bu strateji əhəmiyyətli məhsulların yanğından qorunması, biçin dövründə yanğın  təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsidir.

Biçin dövründə-zəmilərin yaşıl örpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü mövsümdə müxtəlif dənli və texniki bitkilərin, o cümlədən taxılın, həmçinin qaba və şirəli yemlərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması çox vacib məsələdir.

Bu yazımızda məhz həmin qaydalardan-dənli və texniki bitkilərin yığılmasına hazırlıq, məhsul yığımı, onların daşınması və tədarük olunması dövründə yanğın təhlükəsizliyilə bağlı, həmçinin  yanğın baş verən zaman hansı zəruri tədbirlərin həyata keçirilməsindən söhbət açılır.

Biçinə hazırlıq dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar hansı tədbirlər həyata keçirilməlidir?

Dənli və texniki bitkilərin yığımı dövründə mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfatda onun rəhbəri tabeliyindəki obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı  işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.

Taxıl və ot yığımına başlamazdan əvvəl bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, onlar ilkin odsöndürmə vasitələri ilə tam təmin edilməlidirlər. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir.

Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın təhlükəsizliyi  üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.

Məhsul yığımında iştirak edən texnikanın hamısı biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.

Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq  məqsədi ilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyi tədbirləri

Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4  metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır.Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır.

Məhsul yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri

Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriki söndürüldükdən sonra yanacaqdoldurucu  maşınlarla həyata keçirilməlidir.

Yığımda iştirak edən texnikanın diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədi  ilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir. Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda olmalıdır. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır. Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o, böyük zəhmət hesabına yetişdirilir.

Yanğın baş verərsə…

Taxıl zəmisində, ot sahələrində yanğın baş verərsə, dərhal iş dayandırılmalı, maşının fiti və metal cismlərə zərbə vurmaqla ətrafdakılar məlumatlandırılmalı və dərhal mövcud yanğınsöndürmə vasitələri ilə (odsöndürən, motopompa, su, süpürgə, keçə və s.), eləcə də yanan yerə torpaq atmaqla yanğını söndürməyə çalışmaq lazımdır. Əgər yanğının qarşısı alınmazsa, təcili olaraq 112 və ya 101 nömrəli telefonlara zəng etməklə yanğından mühafizə hissəsinə məlumat verilməlidir. Yanğının taxıl zəmisində genişlənməsinin qarşısını almaq məqsədilə yanan sahənin ətrafını kotanlı traktor vasitəsi ilə şumlayaraq yanğına qarşı ara məsafəsi yaratmaq lazımdır. Ara məsafəsi yaratmaq məqsədilə aparılan şumlama zamanı yanğının yayılma sürəti və küləyin istiqaməti nəzərə alınmalıdır.

Uçan qığılcımları və küləşin yanan hissəciklərini söndürmək üçün şumlanmış qurşaq boyunca süpürgə ilə təchiz edilmiş adamlar düzmək lazımdır.

Yanğın təhlükəsizliyini təmin etmək üçün…

Kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması tək yanğın təhlükəsizliyi qurumları əməkdaşlarının deyil, eləcə də təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin,  sürücülərin, məhsul yığımında iştirak edən bütün əməkçilərin ümdə vəzifəsi olmalıdır.

Taxıl və ot yığımı ərəfəsində bütün  kənd təsərrüfatı texnikaları yanğına qarşı hazırlanmalı, ilkin yanğınsöndürmə  vasitələri ilə təmin edilməlidir.

Dənli və texniki bitkilərin yığımında iştirak edən bütün texnikaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olması hər bir təsərrüfatda təşkil olunmuş xüsusi komissiya tərəfindən  Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə birgə yoxlanılmalıdır.

Mühərriki akkumlyatorla işə salınan kombayn və traktorların elektrik naqillərinin etibarlı izolyasiyası  olmalı, naqillər sürtünmədən və mexaniki zədələrdən qorunmalıdır.

Biçində iştirak edən texnikaların  naqilləri gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmas borularla  mühafizə olunmalıdır.

Dənli və texniki bitkilərin yığımında iştirak edən bütün texnikaların atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, hava verən turbinli mühərriklər istismara yararlı olmalıdır.

Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda  olmalıdır.

Taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə siqaret çəkilməməlidir!

Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxslər tərəfindən işə salınmasına, onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə  salınmasına, yanacaq və yağların sızmasına yol verilməsinə, işdən sonra texnikanın sahələrdə saxlanmasına, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılmasına yol verilməməlidir.

Taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək olmaz.

Taxıl zəmiləri kombaynın gündəlik yığım normasına uyğun olaraq sahələrə bölünməli, bu sahələrin arası 8 metr enində biçilməli və həmin zolaq mütləq ən azı 4 metr enində şumlanmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənar edilməlidir. Taxıl yetişən zaman yanğın təhlükəsizliyinə məsul şəxslər tərəfindən  zəmiləri yanğından qorumaq məqsədilə xüsusi keşikçilər ayrılmalıdır.

Tarla düşərgələrində, taxıltəmizləmə xırmanlarında, ot və küləş yığılan yerlərdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır.

Biçilmiş ot zəmilərdən ən azı 30 metr məsafədə tayalara vurulmalı, ot tayaları bir-birindən ən azı 20 metr yanğına qarşı ara məsafəsi olmaqla qurulmalıdır.

Taxıl zəmisinin yaxınlığında tonqal qalamaq, gecə vaxtı maşınların yanacaqla doldurulması qadağan edilməlidir.

Tarla düşərgələri, taxıl təmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.

Zəmilərin yaxınlığında uşaqların kibritlə oynamasına, odla dəcəllik etməsinə yol verilməməli, tezalışan məhsullar, o cümlədən yanacaq və sürtgü materialları  yerə tökülməməlidir.

Taxıl yığımı zamanı kombayn, traktor və otbiçən, eləcə də taxılı daşıyan avtomaşınlarda yanğın baş verərsə, yanğını təcili olaraq söndürmək və texnikanı taxıl zəmisindən çıxarmaq lazımdır. Yanğın zamanı kombaynın küləş yığılan hissəsindən küləşin boşaldılması kombayn taxıl zəmisindən çıxarıldıqdan sonra həyata keçirilməlidir.

Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına  yetişdirilir.

Elin bu əvəzsiz sərvətini oddan qoruyun!

Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Əvvəlki məqalə“Yeni Abituriyent” uğur qazanır
Növbəti məqalədəİgid nişançı

Xəbər lenti

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum...

Küçə iti ilə söhbət

- Salam, küçə iti - Ham... ham...  Sadəcə it deyə bilməzdin? - Axı küçədə yaşayırsan

Şərhlər