“Yeni Abituriyent” uğur qazanır

         Son illər respublikanın bölgələrində gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Rayonumuzda da bu istiqamətdə mühüm addımlar atılıb. 2008-ci ildən fəaliyyətə başlayan “Yeni Abituriyent” hazırlıq kursu da bu baxımdan önəmli əhəmiyyət kəsb edir. Sözügedən hazırlıq kursunun rəhbəri Şöyüf Səfərovun dediklərinə görə, ali məktəbə qəbul olmaq istəyən gənclərin ehtiyacını nəzərə alaraq, bütövlükdə Qarabağ regionunu əhatə edən hazırlıq mərkəzi öz fəaliyyətini genişləndirir. Şöyüf müəllim bildirib ki, ötən illər ərzində “Yeni Abituriyent” hazırlıq kursu yüksək uğurlara imza atıb. Təkcə 2020-2021-ci tədris ilində burada təhsil alan 172 dinləyicidən 161 nəfəri qəbul imatahanlarında uğurla iştirak edərək, tələbə adını qazanıb. Onlardan 11 nəfəri 600-dən çox bal toplamağa müvəffəq olub.

“Yeni Abituriyent” hazırlıq kursu 2021-2022-ci tədris ilində də müvəffəqiyyətlə fəaliyyət göstərir. Belə ki, cari tədris ilində hazırlıq mərkəzində 200 dinləyici məşğələlərə cəlb olunub. Pedaqoji kollektivin səyi ilə hazırlıq məşğələləri yüksək səviyyədə təşkil olunub.

Direktorun dediklərinə görə, kursun dinləyicisi olan 200 şagird orta məktəblərdə keçirilən buraxılış imtahanlarında fəal iştirak ediblər. Onlardan 59 nəfəri maksimum 300 baldan 200-nü toplamağa nail olub. Dinləyicilərin 51 nəfəri 150, 53 nəfəri isə 100-dən çox bal toplaya biliblər. Təsadüfi deyildir ki, buraxılış imtahanlarında respublika üzrə 2-ci nəticə göstərən Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin şagirdi Nərmin Sadıqlı “Yeni Abituriyent” hazırlıq kursunun yetirməsidir. O, imtahanda 297,5 bal toplayıb. Bundan başqa, Ağcabədi şəhər 5 saylı tam orta məktəbinin şagirdi Mərziyə İsmayılova 292,1, Laçın rayon köçkün məktəbinin şagirdi Nurlan İbrahimli 276,1, şəhər 1 saylı tam orta məktəbinin şagirdi Fidan Həsənova 275,8, M.F.Axundov adına şəhər məktəb-liseyin şagirdi Sona Nağızadə və Rəncbərlər kənd tam orta məktəbinin şagirdi Ləman Əliyeva 271,3 bal toplayaraq yüksək nəticə əldə ediblər.

“Yeni Abituriyent” hazırlıq kursunda qazanılan nailiyyətlər burada tədris işinin müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir. Bu işdə hazırlıq kursunun 21 nəfərdən ibarət pedaqoji kollektivinin böyük əməyi var. Şöyüf müəllimin qənaətinə görə, kollektiv üzvləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Müəllimlər tədris müəssisəsində əsl peşəkarlıq nümayiş etdirirlər. Onlardan Camal Əliyev, Sədi Həsənquliyev, Xatirə Həsənova, Hürzad Muradova, Sadiq Əliyev və başqalarının adını xüsusi ilə qeyd etmək olar.

Ş.Səfərov söhbət zamanı onu da əlavə edib ki, “Yeni Abituriyent” hazırlıq kursunda tədris işinin yüksək təşkilinin nəticəsidir ki, son vaxtlar bu kursun nüfuzu xeyli artıb. Bu səbəbdən də müxtəlif bölgələrdən hazırlıq kursuna müraciət edən dinləyicilərin sayı çoxalıb. Bu da “Yeni Abituriyent”in şəbəkəsinin genişlənməsinə səbəb olub. Hazırda “Yeni Abituriyent”in Ağcabədi rayonu ilə yanaşı, Laçın rayonunun Taxtakörpü qəsəbəsi, Ucar və Şəki rayonlarında da hazırlıq kursları fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edək ki, yeni tədris ili üçün “Yeni Abituriyent” hazırlıq kursuna qəbul mayın 22-də keçiriləcək. Artıq qəbul imtahananına qeydiyyat başlanılıb. Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin şagirdləri, məzunlar, Mərkəzə müraciət edə bilərlər. “Yeni Abituriyent”in qapıları hər kəsin üzünə açıqdır.

Adil MİSİRLİ

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

İlham Əliyev Vyetnam səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Trend xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il...

Şərhlər