“Zərif ana” adlı tədbir keçirildi

 Aprelin 28-də Ağcabədi rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim  Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib.

    Ağcabədi rayon İcra Hakimiyyətinin, “Aran” qəzetinin, Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin, M. Aranlı adına 11 saylı  tam orta məktəbin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Zərifə Əliyevanın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad  edilib.

      Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva bildirib ki, həyatda elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq  üçün gəlmiş Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva da məhz belə seçilmiş insanlardan olmuşdur. Onun  bütün fəaliyyəti Azərbaycan xanımları üçün əsl örnəkdir.

        Daha sonra  Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Rahilə Şükürova ,  “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva,  Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin nümayəndəsi  İlhamə Əhmədova, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktor müavini Təranə Məmmədova çıxış edərək Zərifə xanımın şərəfli  ömür yoluna nəzər salıblar.

     Tədbirin sonunda iştirakçılar Mərkəzin foyesində nümayiş etdirilən “Zərif Ana” adlı sərgi ilə tanış olublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com