35.7 C
Aghjabadi

Haqqında danışmağa “qorxduğumuz” rənglər

Məhsəti MUSA

Gəl əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə…

Uşaqdan böyüyə hər birimizin əzbər bildiyi və bəlkə də, hər gün pıçıldadığı misralardır bunlar. “Getmək”lə bağlı çox şeirlər yazılıb, çox fikirlər söylənib, amma heç biri Ramiz Rövşənin nümunə gətirdiyimiz şeiri qədər hisslərimizi, istəklərimizi ifadə edə bilməyib.

Getməyə hər zaman ehtiyac duyur insan. Bəzən evindən, doğmalarından, bəzən şəhərdən, ölkədən, bəzən dünyadan, bəzən də özündən qaçmaq, getmək istəyir. Heç kimin olmadığı, heç kimin onu axtarmayacağı, heç özünün də tanımadığı məchulluğa qovuşmağa can atır.

Amma hara getməli? Necə getməli? Kimə izah edəcəksən ki, sən bu dünyanın insanı deyilsən. Burada boğulursan, əzilirsən, havan çatmır. Kimi inandıra biləcəksən ki, həyat sizin gördüyünüz rənglərdən ibarət deyil. Tanımadığınız, görə bilmədiyiniz sirli-sehrli rənglər var, təsvirəgəlməz, sayı-hesabı bilinməz. İzah etməyə çalışsan, boz baxışlı, boz gülüşlü adamlar sənə “dəli” deyəcəklər. “Yazığın başı oynayıb” söyləyəcəklər. “Hallusinasiya görür” deyə başlarını bulayacaqlar. Təklənəcəksən. Özünü təqdim edə bilmədikcə daha da çarəsiz görünəcəksən. Yorulacaq, tükənəcəksən…

Bax bunu bildiyin üçün də, susursan. Özünlə, öz dünyanla, öz rənglərinlə baş-başa qalmaq üçün uzaqlara, həmin məchul nöqtəyə doğru getməli, ora çatmalı olduğunu hiss edirsən…

Və bir gün… O rənglərin sehrindən, gözəlliyindən vəcdə gəlir, bədən adlı qəfəsdən sıyrılıb çıxaraq yüksəklərə qalxır, səndən çooox aşağılarda qalan dünyanın süni parıltısından tamamilə fərqli olan işıq selinə düşür, bu selin bir zərrəsi olmağın  həzzini yaşayırsan. Bütün varlığınla bir daha geri dönməyəcəyinə, Onun, yalnız Onun olacağına, Ona qarışacağına inandığın vaxt bir uşaq səsi eşidilir:

– Ana, acmışam…

Bir telefon zəngi gəlir:

– Sabah saat 9-da iclas var…

Bir qarı gileylənir:

– Sümüklərim qırılır, Allah kəssin belə ömrü…

Bir televiziya aparıcısı “həvəslə” çığırır:

– Filankəs qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirdi…

Çırpılırsan yerə… Bir dəqiqə öncə yaşadığın həqiqi xoşbəxtliyin olmadığı yerə… Könülsüz-könülsüz boylanırsan sınıq-salxaq bədəndən… Amma həm də qəribə bir yüksəliş hiss edirsən özündə. O işığın “rəngi”, o işığın “qoxusu”, o işığın “səsi” tərk etməyibmiş səni… Sən artıq içindəki işığın təsiri ilə yaşamağa başlayırsan, fəqət yenə susursan. Kimsəyə danışmırsan bu haqda. Amma pay verirsən həmin işıqdan. Pay verirsən həmin gileyli adamlara, yalqız adamlara, qatil adamlara… Özlərinə söyləmədən, hiss etdirmədən işıq olursan yollarında. İşıq olursan ki, haqqında danışmadığın rəngləri özləri görsünlər, hiss etsinlər, yaşasınlar. Bu işıq yayıldıqca yeni rənglər çıxır meydana. Yeni rənglərin hərəsi də bir işığa dönür. İşıq-işıq artırsan, çoxalırsan. Çoxaldıqca böyüyürsən. Böyüdükcə həzz alırsan öz mövcudluğundan. Anlayırsan ki, sən elə bu dünyaya aidsən. Niyə gəldiyini bildiyin üçün getmək haqqında düşünmürsən. Çünki qanadlarının var olduğundan xəbərdarsan artıq. Və o qanadlarla uçub getməyə yox,  bu dünyanı “qucaqlamağa” can atırsan.

Xəbər lenti

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum...

Küçə iti ilə söhbət

- Salam, küçə iti - Ham... ham...  Sadəcə it deyə bilməzdin? - Axı küçədə yaşayırsan

Şərhlər