Qırğızıstan və Azərbaycan arasında əməkdaşlıq genişlənir

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra onun region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndi. Türk dünyası ilə əlaqələrin genişlənməsi xüsusi önəm kəsb etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb, dünya dövlətləri, xüsusilə türkdilli dövlətlərlə hərtərəfli əlaqələr daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin dəvəti ilə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki türk ölkəsi arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoyub.

Aprelin 19-da tarixlərində Qırğızıstan Respublikasının  Prezidentinin Azərbaycana rəsmi  səfəri Azərbaycan və Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni bir mərhələsi hesab olunub. Azərbaycan və Qırğızıstan arasında “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatı sahələrini əhatə edən 10 sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum” xüsusi diqqət çəkib.

Dövlət başçıları arasında müzakirə edilmiş məsələlər içərisində işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpasında qardaş Qırğız Respublikasının iştirak etməsi də önəmlidir. Elektrik enerjisi sahəsində əməkdaşlıq hər iki ölkə üçün mühüm önəm daşıyır.

            Əldə edilmiş razılaşmaya görə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.

Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün Qırğızıstan tərəfindən dəstəklənməsi əlamətdar hadisədir.

Qırğızıstan Respublikası Prezidenti S.Japarovun Azərbaycana səfəri iki qardaş  türkdilli  dövlətlər arasında yeni perspektivlərin açılması baxımından çox böyük əhəmiyyətə malikdir.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com