Şuşa dirçəliş yolunda

                                                        

         Nazim Bünyatov: Ulu Öndər Heydər Əliyevi Azərbaycan torpaqlarının 20%-nin işğalçı Ermənistan tərəfoindən işğal edilməsi barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində Azərbaycan Diasporunun fəaliyyətinin gücləndirilməsi məqsədi ilə xarici ölkələrdə yaşayan azərbaycanlıların daha fəal iştirakını təmin etmək, onlarla əlaqələrin gücləndirilməsi üçün dünya azərbaycanlılarının qurultayının çağırılmasının zəruri olduğu barədə qərar qəbul etdi. 2001-ci ilin noyabr ayının 9-da başlayan qurultayda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev söylədiyi nitqində Respublikamızın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, qarşıya çıxan problemlərin həllində səylərin  birləşdirilməsi, azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunması və yaşadıqları ölkədə təbliğ  edilməsi nöqteyi nəzərindən qurultayın böyük əhəmiyyət kəsb edəcəyini, gələcək diaspor fəaliyyətinin gücləndirilməsinə təkan verəcəyimə əminliyini bildirmişdi.

         Qurultay nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti və  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti sanki, azərbaycanın haqq səsinin dünya birliyinə bəyan edilməsi istiqamətində ölkəmizin apardığı siyasi mübarizəyə yeni dinamika verdi. Bu qurultaydan sonra azərbaycan diasporunun fəaliyyəti gücləndi.        Ölkəmiz informasiya blokadasını yarmağa nail oldu. Həmin dövrdən başlayaraq həm dövlət səviyyəsində, həm də dünyanın hər yerinə səpələnmiş 50 milyondan artıq azərbaycanlının siyasi fəaliyyətinə yeni bir güc qatıldı.

         Ümummilli Lider həmişə bütün tədbirlərdə, çıxışlarında, köçkünlər və qaçqınlarla görüşündə deyirdi: Biz hökmən işğal olunmuş torpaqlarımıza, dünyanın mədəniyyət beşiyi olan Şuşaya qayıdacağıq. Bəli bu gün həqiqətən də Ulu Öndərin arzuları çin oldu.

         2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gündə zəfərlə başa çatan müharibə sayəsində biz tarixi torpaqlarımızı, o cümlədən Şuşanı azad etdik. Bu ölkə Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətinin, yumruq kimi birləşmiş xalqın, yenilməz, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində əldə edildi.

         Aprelin 22-23-də Şuşada keçirilən dünya Azərbaycanlılarının V qurultayı son illər həmrəylik və yüksək təşkilatlanma nümayiş etdirən diasporumuzun fəal nümayəndələrinin yenidən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada bir araya gəlməsi böyük bir tarixi hadisə oldu.

         Qarabağın işğaldan azad edilməsinə Ulu Öndər Heydər Əliyevin inamı onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 30 il işğal altında inləyən torpaqlarımız, o cümlədən Şuşa əsarətdən azad edildi.  Şuşanın azad olunması dünya hərb tarixinə yeni səhifələr yazdı. Dünyanın ən qəhrəman ordusuna malik olan Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Şuşanı heç kimin ağlına gəlməyən bir mübarizə nəticəsində əldə edildi. Azərbaycanın qəhrəman oğulları  Şuşa şəhəri uğrunda qan tökdü, can verdi, amma yenə də amalından dönmədi.  Bu qələbədən sonra düşmən  başa düşdü ki, artıq müharibəni uduzub. Düşməni müdafiə edən ikili standarlar  nümayiş etdirən dövlətlər və bəzi beynəlxalq təşkilatlar anladılar  ki, onların siyasəti məğlubiyyətə uğrayıb. Ona görə də dünya azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi həm siyasi, həm hərbi, həm də mənəvi əhəmiyyətə malikdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər