Uşaq hüquqlarının müdafiəsi mövzusunda tədbir

Aprelin 28-də “Psixoloqların rolunu gücləndirməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsi ilə əlaqədar yığıncaq keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri,  rayon və kənd ümumtəhsil məktəblərinin psixoloqları, media mənsubları iştirak ediblər.

Sözügedən layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva çıxış edərək, sözügedən layihə əsasında tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib və  təşkilatçılara uğurlar arzulayıb.

Sonra “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri  Zaur Quliyev çıxış edərək layihə haqqında iştirakçılara ətraflı məlumat verib. O, bildirib ki, layihədə psixoloji yardım günlərinin təşkil olunması və konsultativ dəstək göstərilməsi nəzərdə tutulub.

Bildirilib ki, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi postmüharibə dövründə müharibənin təsirinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarını inkişaf etdirmək, uşaqlara dəstək göstərmək, onlarının hüquqlarının qorunmasını gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində Ağcabədi, Ağdam, Tərtər, Goranboy və Göygöl rayonlarında müvafiq seminarların təşkil olunması nəzərdə tutulub. Həmin tədbirlərdə  iştirakçılara uşaqların psixoloji vəziyyəti, yaranmış stress, gərginliklə əlaqədar şəhid və qazi övladlarına göstərilən xidmətlər haqqında məlumat verilməsi planlaşdırılıb.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər