Şəhid bağı

​Vətən yolunda canlarını fəda edən şəhidlərimizin adları hər yerdə hörmətlə çəkilir, xatirələri dərin sayğı ilə yad edilir. Onların unudulmaz xatirələrini əbədiləşdirmək üçün yurdumuzun vətənpərvər övladları imkan daxilində əllərindən gələni əsirgəmirlər.

C.Quliyev adına Təzəkənd kənd tam orta məktəbinin direktoru, təcrübəli pedaqoq Mürşüd Quliyevin təşəbbüs və təşkilatçılığı ilə kəndin yaxınlığındakı ərazidə yerləşən adsız təpədə və onun ətrafında Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə meyvə bağı salınıb. Burada 380 ədəd göyçə alçası, 270 ədəd armud, 250 ədəd badam, 150 ədəd ərik, 50 ədəd qoz, 50 ədəd gilas, 30 ədəd fındıq və 20 ədəd nar ağacı əkilib. Bağın salınmasına M.Quliyevin ailə üzvləri dəstək olub.

Ağaclara hazırda vaxtlı-vaxtında qulluq edilir, onların normal böyüməsi üçün lazımi tədbirlər görülür.

Xeyriyyə məqsədi ilə əkilən ağaclar bar verəndə meyvələr şəhid ailələrinə və imkansızlara paylanacaq. 

Başladıqları bu xeyirxah işdə Mürşüd müəllimə uğurlar arzulayırıq!

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər