Cənubi Qafqazda sülh və əməkdaşlıq yeganə seçimdir

                            

         Ölkə Prezidenti cənab İlham Əliyevin ADA Universitetində beynəlxalq ekspertlərin, beyin mərkəzlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda çıxışı və verilən suallara cavabı regionda və beynəlxalq aləmdə baş verən proseslərin təhlili, hadisələrə siyasi qiymət verilməsi,  Azərbaycanın tutduğu mövqenin dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyətə malik oldu.

Konfransın əvvəlində  çıxışında cənab Prezident  qeyd etdi ki, biz ötən ilin aprel ayında ADA Universitetində görüşmüşük. O zaman qarşımızda olan mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək,  regionda öz işimizi,  baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləmək, beynəlxalq ictimaiyyəti və aparıcı beynəlxalq təşkilatların yeni reallıqlarının qəbul edilməsinə yönləndirmək idi. Bu məsələ demək olar ki, öz bəhrəsini verdi.

İndi isə bizim hədəflərimiz başqadır, Biz Qafqazda sülh və əməkdaşlıq erasının təməlini qoymuşuq. Müsbət haldır ki, Ermənistan hökuməti nəhayət ki, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsiplərini qəbul etdi və sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün birgə işçi qrupunun yaradılmnasına razılıq verilib.

         Azərbaycanın sülh təşəbbüsünə ermənistan ictimaiyyəti də anlaşma ilə yanaşarsa, teszliklə Qafqazda sülhün bərqərar olması baş tutacaq. Bizim atdığımız bütün addım və təşəbbüs sülhə, inkişafa və əməkdaşlığa xidmət edir.

         Cənab Prezidentin verilən suallara elmi cəhətdən əsaslandırılmış, tarixi faktlara əsaslanan, dərin biliyə söykənən məntiqi cavabları Azərbaycanın həm zəfər müharibəsinə qədər, həm də postmüharibə dövründə  nümayiş etdirdiyi  düzgün mövqenin açıqlanması baxımından yeni mahiyyət kəsb etdi. Fikir mübadiləsi zamanı 30 il ərzində işğal edilən ərazilərimizdə ermənilərin əsl vandalizm həyata keçirdikləri, şəhər və kəndlərin, tarixi abidələrin, o cümlədən məscidlərin  yerlə yeksan  edilməsi danılmaz faktlarla  konfrans iştirakçılarının diqqətinə çatdırıldı və qeyd edildi ki, siz        dağıntı və barbarlığın fonunda işğaldan azad edilmiş ərazilərdə bərpa,  yenidənqurma və yeni inkişaf lahiyələrinin şahidi olmusunuz. İndi   Qarabağın dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməsi  istiqamətində ardıcıl işlər görülür. Mən əminəm ki, qonaqlarımız gözləri ilə gördükləri reallıqlar həm social şəbəkələrdə, həm də kütləvi informasiya vasitələrində öz əksini tapacaqdır. Uzun illər informasiya blokadasına məruz qalan Azərbaycan, o cümlədən Qarabağ torpağı bütün xoşməramlı qonaqların üzünə açıqdır. Biz əlavə heç nə istəmirik:  sadəcə həqiqətləri  real faktları dünya birliyinə çatdırmaq. Onda hər kəs aydın görəcək, kim haqlıdır, kim haqsızdır.

         Bir sıra ölkələri və qurumları təmsil edən 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısının bir qrupu tərəfindən müxtəlif mövzularda verilən suallara cənab Prezident tərəfindən tutarlı, beynəlxalq hüquqa söykənən, məntiqi və eyni zamanda Azərbaycan Dövlətçiliyinə, onun ərazi bütövlüyünə, xalqın milli mənafeyinə xidmət edən cavabları həm qonaqları, həm də informasiyanı mübadiləsi ötürücülərində bir heyrət hissi yaratdı.

Bu konfrans bir daha  beynəlxal aləmə sübut etdi ki, Azərbaycan artıq yeni dünya düzənində öz dəsti-xətti ilə addımlayan bir ölkədir. Heç bir vəchlə onu tutduğu yoldan döndərmək mümkün deyil. Çünki, bu ölkənin xalqını və dövlətini sevən Lideri, öz liderinin ətrafında yumruq kimi birləşəm xalqı var. Birlik olan yerdə Qələbə var.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər