15 C
Aghjabadi
Şənbə, May 21, 2022

Erməni vandalizminin təzahürləri hər qarış azad edilmiş torpaqlarımızda öz əksini tapır

Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün ərazilərimizdə  barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb, yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında, qismən Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.
     Cənab Prezident İlham Əliyev hər dəfə dünyanın nüfuzlu siyasətçiləri ilə görüşdə diqqəti erməni vandalizminə yönəltməklə işğaldan azad olunan ərazilərdə yerləşən tarixi abidələrin demək olar ki, hamısının acınacaqlı vəziyyətdə olmasını önə çəkir. Etdikləri vandallıq Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Bu vandalizm faktı təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Amma, təəssüf ki, bu cür vəhşiliyə susqunluqla yanaşılır. Təəccüblü hal isə odur ki, hələ də müəyyən dövlətlər erməni yalanlarına inanır, onların təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa qarşı bəşəri cinayətlərinə qarşı biganə münasibət bəsləyirlər.

     Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən, çıxışının sonunda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvlərinin bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər etdiklərini, erməni vandalları tərəfindən törədilən vəhşiliklərin şahidi olduqlarını xatırladaraq deyib: “İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir.

    Dövlətimizin başçısı çıxışının sonunda hazırda düşməndən təmizlənən ərazilərdə minatəmizləmə prosesinin aparıldığını, bununla paralel yenidənqurma işlərinə başlanıldığını, şəhər və kəndlərin baş planlarının hazırlandığını vurğulayıb, eyni zamanda, İslam dünyası nümayəndələrinin Azərbaycana gəlib işğalçının tarixi irsimizə qarşı vəhşiliyin şahidi olmaları və yenidənqurma prosesini izləmələri ilə bağlı istəyini də diqqətə çatdırıb.

    Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Qarabağ bölgəsi və ətraf rayonlarda ən çox dağıdılan mədəni irs nümunələri sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkir. Dünya ictimaiyyəti qəbul etməlidir ki, xüsusi əhəmiyyətə malik unikal abidələrə düşmənin bu cür barbar münasibəti tək Azərbaycana deyil, dünya irsinə qarşı yönələn təhdiddir. Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə dağıdılan tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

    Yeri gəlmişkən, bir müddət bundan əvvəl Mədəniyyət Nazirliyi işğaldan azad olunan rayonlarda monitorinq aparıb və baxış keçirilən 49 obyektdən 28-nin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının qaldığı aşkar edilib.

    Ekspertlər bildirirlər ki, indiyədək dünyada müharibə və ya qeyri-müharibə şəraitində dini abidələrin təhqir olunmasına, məqsədli şəkildə dağıdılmasına nadir hallarda rast gəlinib və bu cür erməni barbarlığı artıq bütün dünyada ciddi əks-səda doğurub. İnanırıq ki, xarici siyasəti, diplomatik bacarığı ilə cənab Prezident İlham Əliyev tarixi, dini abidələrimizə qarşı vandallıq edən ermənilərin əsl simasını bütün dünyaya göstərəcək.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər