Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisində Ramazan tədbiri keçirilib. Tədbirdən öncə sözügedən Mərkəzin bir qrup əməkdaşı və könüllülər tərəfindən Tərtər rayonu, Talış kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Dilsuz Qarayev və Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanan, qazi Elşən Atakişiyevin ailələri ziyarət olunub.
Sonra GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin xidmətlərindən yaralanan uşaqlar üçün Qarabağ Atçılıq Kompleksində ippoterapiya həyata keçirilib.
Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və ailələri üçün GTM Qarabağ ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin dəstəyi ilə bayram süfrəsi təşkil edilib.