6.4 C
Aghjabadi

Ağcabədidə “Yuva” filminin təqdimat mərasimi keçirilib

                                  

        Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının xatirəsi hər birimiz üçün əzizdi, dəyərlidir. Onların adlarının əbədiləşdirilməsi üçün bir çox işlər görülür. Adlarına küçələr verilir, ehsan bulaqları açılır, bağlar,parklar salınır. Bu cür təqdirəlayiq addımlardan biri də şəhidlərimizə həsr olunmuş film çəkilişlərinin həyata keçirilməsidir. Növbəti belə filmin təqdimatı Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilib.

    Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib.

   Tədbiri açan Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbas  film haqqında tədbir iştirakçılarına məlumat verib.O, bildirib ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi Dədə Qorqud yurdunun igidləri haqda “ Yuva” filminin çəkilməsi adlı layihə əsasında ərsəyə gələn filmdə  Ağcabədi rayonun Qaraxanlı kəndindən olan 3 Vətən müharibəsi şəhidinin – Məmmədov Ceyhun Qafar oğlu, Quliyev Nurlan Şükür oğlu, Allahverdiyev Rövşən Fərrux oğlunun həyat və döyüş yolları işıqlandırılıb. Filmdə şəhidlərin valideynləri, yaxın qohumları, döyüş yoldaşlarının xatirələri yer alıb.

     Sonra tədbiri layihə rəhbəri Elnarə Abbasova davam etdirib. Filmin adı ilə bağlı fikirlərini bölüşən E. Abbasova bildirib ki, hər 3 şəhidin eyni kənddən, eyni yurd-yuvadan olması onun belə adlandırılmasına səbəb olub.

    Daha sonra istər adı filmdə yer alan, istərsə də digər şəhidlərimizin valideynləri, yaxın qohumları çıxış edərək layihə rəhbərinə, tədbirin keçirilməsində dəstək olanlara öz minnətdarlıqlarını bildirib, bütün şəhidlərin onların övladı olduğunu qeyd ediblər.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin rəisi Qabil Rzayev, Ağcabədi RİH başçısı aparatında vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov,  Vətən müharibəsi qazisi Zülfü Baxışov, şair İxtiyar Dönməz və digərləri öz çıxışlarında 44 günlük müharibədə qazandığımız Zəfərdən, Ordumuzun qüdrətindən, xalqımızın bir yumruq kimi Ali baş Komandanın ətrafında sıx olmasından fəxarət hissi ilə söz açıblar.

     Sonda “Yuva” filmi nümayiş etdirilib. Kövrək xatirələrlə zəngin olan film alqışlarla qarşılanıb.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər