Atıcılıq yarışı keçirilib

            YAP Ağcabədi rayon təşkilatının ulu öndər Heydər Əliyevin  anadan olmasının 99-cu ildönümü münasibətilə təsdiq edilmiş tədbirlər planına  müvafiq olaraq, may ayının 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin, Ağcabədi rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbin idman zalında  məktəblilər arasında atıcılıq üzrə  rayon birinciliyi keçirilmişdir.

            Tədbiri Ağcabədi rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov açmış, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

            Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin  rəisi,  polkovnik-leytenant  Qabil Rzayev və YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.

            Gərgin mübarizə şəraitində keçən yarışda şəhər 6 saylı tam orta məktəbinin komandası  I,  şəhər 2 saylı tam orta məktəbinin komandası  II şəhər 3 saylı tam orta məktəbinin komandası III  yerə layiq görülmüşlər. Yarışlarda həmçinin  yüksək nəticə əldə etmiş  bir qrup gənc idmançıya da diplomlar təqdim olunub.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər