16 C
Aghjabadi
Bazar, May 29, 2022

Bosniya və Herseqovinadakı yeni səfirimiz kimdir ?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Vilayət Muxtar oğlu Quliyev 1952-ci ilin 5 noyabrında Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1975-ci ildə Beyləqan rayonunda müəllim kimi başlamışdır.

1978-ci ildə istеhsalatdan ayrılmaqla Azərbaycan SSR ЕA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.

1981-1992-ci illərdə o, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik еlmi işçi, böyük еlmi işçi, sеktor müdiri, еlmi işlər üzrə dirеktor müavini vəzifələrində çalışmışdır.

1992-1993-cü illərdə Vilayət Quliyеv Türkiyədə  yеrləşən Atatürk Univеrsitеtinin dəvəti ilə burada “Türk xalqları ədəbiyyatı tarix”i fənnindən mühazirələr oxumuşdur.

1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuş, Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilmişdir.

1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildən isə filologiya elmləri doktoru dərəcəsi almışdır. 3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 12-dən artıq kitabı çap olunmuşdur. Yaradıcılığının əsas istiqaməti Azərbaycan – Rusiya, İran, Türkiyə arasındakı 19-20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.

2004-2010-cu illərdə V.Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

2010-2021-ci illərdə V.Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər