Səyyar qəbullar səmərəli keçir

Prezident İlham Əliyevin vətəndaşlarla və ayrı-ayrı sahənin təmsilçiləri ilə keçirdiyi görüşlər xalq-iqtidar birliyi baxımından daim özünü doğruldur. Birbaşa ünsiyyət əhalinin dövlətə inamını və etimadını daha da artırır.

Dövlət başçısının nümunəsi sayəsində rayon icra hakimiyyəti orqanları rəhbərləri də yerlərdə vətəndaşların səyyar qəbullarını son vaxtlar xeyli fəallaşdırıb. Rayonumuzda da bu baxımdan aparılan işlər diqqətəlayiqdir. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov tez-tez kəndlərə gedərək, mövcud vəziyyətlə yerindəcə tanış olur, camaata kömək məqsədi ilə əməli tədbirlər görülməsini təmin edir. Yerli icra orqanının cari və prespektiv fəaliyyət planları müəyyənləşdirilərkən əhalinin tələb və təkilflərinə beləcə mühüm önəm verilir. Bu ilin əvvəlindən rayonun bir çox yaşayış məntəqlələrində, o cümlədən Sarıcalı, Muğanlı, Nəcəfqulubəyli, Boyat, Təzəkənd kəndlərində yaddaqalan görüşlər keçirilib.

Rayon icra başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu Hacıbədəlli kəndində oldu. Qəbulda rayon rəhbəri ilə bərabər YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilat, idarə rəhbərləri, fermerlər, torpaq mülkiyyətçiləri, sahibkarlar, kənd sakinləri iştirak ediblər. Sakinlər yaşadıqları ərazidə rayonun əksər rəhbər şəxslərinin qəbulda iştirakının onların təklif və müraciətlərinə yerində baxılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bütün müraciət və təkilflər diqqətlə dinlənilib, bir çoxunun yerindəcə həll olunması üçün icra başçısı tərəfindən aidiyyatı qurumlara göstərişlər verilib. Səmimi ab-havada keçən görüşdə sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə, ilk növbədə, dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Rayon icra hakimiyyətinin baçısı Rafil Hüseynov vətəndaşların müraciətlərinə baxılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri bundan sonra da gündəlik fəaliyyətində rəhbər tutulacağını bildirib. Natiq qeyd edib ki, vətəndaşlar  tərəfindən irəli sürülən təkliflərin vaxtında həll edilməsi üçün zəruri tədbirlər görüləcək.

Adil Misirli

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər