Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilməsi davam edir.
May ayının 5-də YAP Ağcabədi rayon təşkilatı Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat birinciliyinə start verilmişdir.
Turniri Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru, YAP ərazi təşkilatının sədri Rauf Musayev açaraq yarışın keçirilmə qaydası barədə idmançılara məlumat vermiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə söz açmış, onun əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim uca tutulmasını vurğulamış, Respublikanın hər yerində olduğu kimi Ağcabədi rayonunda da Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər, yarış və müsabiqələr keçirildiyini qeyd etmişdir.
Nazim Bünyatov yarış iştirakçılarına uğurlar arzulamış və yekunda qaliblərin YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacağını diqqətə çatdırmışdır.
YAP Ağcabədi rayon təşkilatının
əməkdaşı: Nazim Bünyatov